Gəncliyin əsas düşməni açılandı
Tarix: Dünən, 22:58
Baxılıb: 8 004
Google+ Paylaş
Tumblr Paylaş

Gəncliyin əsas düşməni açılandı

Dünən, 22:58

Psixoloq Meqan Qlenn erkən qocalmanın səbəblərini və cavan qalmağın yollarını açıqlayıb.
AvroMedia.Az 
xəbər verir ki, Meqan Qlenn “Yahoo Health”ə müsahibəsində oturaq həyat tərzini qocalmanı sürətləndirən əsas vərdiş adlandırıb.
“Oturaq həyat tərzi zamanla bir sıra sağlamlıq problemlərinə səbəb olur”, - o qeyd edib. 
Qlenn oturaq həyat tərzini gəncliyin və sağlamlığın, xoş əhval ruhiyənin əsas düşməni hesab edir. Onun sözlərinə görə, uzun müddət qeyri-aktiv şəkildə vaxt keçirmək vərdişi təkcə üzün və bədənin deyil, həm də beynin qocalmasını sürətləndirir.
Harvard professoru Devid Sinkler isə deyib ki, çoxsaylı tədqiqatlar oturaq həyat tərzinin beyinə qan axınını azaltdığını və insulin müqavimətinə gətirib çıxardığını sübut edir. Bu vərdiş həmçinin idrak problemləri riskini artırır.
Mütəxəssisin sözlərinə görə, bu risklərdən qaçınmaq üçün idman zalına getmək vacib deyil, gündəlik gəzintilər və gün ərzində müntəzəm aktiv istirahət yetərlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ