Avstraliyanın Tasmaniya adasının qərb sahilində "Yer kürəsinin qara qutusu" tikiləcək.
AvroMedia.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Layihə iqlim böhranının nəticələrini qeydə almaq və bəşəriyyətin məhv olacağı təqdirdə bu məlumatları gələcək üçün qorumaq məqsədi daşıyır.
"Yer kürəsinin qara qutusu" 7,5 santimetr qalınlığında poladdan hazırlanmış, təxminən şəhər avtobusu ölçüsündə monolit olacaq. Konstruksiya istifadəsiz hava limanının ərazisində quraşdırılacaq. Tikintinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Monolitin daxilində temperatur göstəriciləri, dünya okeanının səviyyəsi, iqlim hesabatları, siyasətçilərin iqlim dəyişikliyi ilə bağlı bəyanatları və digər məlumatlar saxlanılacaq. Layihə müəllifləri onu zərər görməyən, məlumatları avtonom şəkildə qeydə alan qurğu adlandırırlar.
Layihənin adı təyyarələrdə qəzaların səbəblərini müəyyənləşdirməyə kömək edən "qara qutu"lardan götürülüb.

Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
Daha bir marşrut xəttinin avtobusları yenilənir
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
Tüklü toyuq dərisindən kolbasa hazırlayırmışlar
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Ukrayna Rusiyanın daha bir iri neft emalı zavoduna zərbə endirdi
Prezidentlər Ağdamda məktəb binasının təməlini qoydular
Prezidentin maşınında selfi çəkdi
Aynişan Quliyevadan “35 yaş manifesti”