Mediada “Azəridad” əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında AQTA tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Vüqar Ramiz oğluna məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
AvroMedia.Az xəbər verir ki, yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, istifadə olunan bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib.

Həmçinin müəssisədə izlənmə sisteminin düzgün aparılmadığı, məhsulların saxlanması və istehsal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb, nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması və məhsul partiyasının satış şəbəklərindən geri çağırılması barədə qərar qəbul edilib.

Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
Daha bir marşrut xəttinin avtobusları yenilənir
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Ukrayna Rusiyanın daha bir iri neft emalı zavoduna zərbə endirdi
Prezidentlər Ağdamda məktəb binasının təməlini qoydular
Prezidentin maşınında selfi çəkdi
Aynişan Quliyevadan “35 yaş manifesti”