Ukrayna ordusu Rusiyanın ən böyük neft emalı və neft-kimya komplekslərindən birinə zərbə endirib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hücumun hədəfi Başqırdıstanın Salavat şəhərində yerləşən "Qazprom Neftexim Salavat" müəssisəsi olub.
Məlumata görə, əməliyyata Rusiya ərazisində fəaliyyət göstərən "Qara Qığılcım" (Çernaya İskra) adlı gizli müqavimət hərəkatı da cəlb edilib.
Ukrayna tərəfi iddia edir ki, "Qazprom Neftexim Salavat" bu ilədək hücuma məruz qalmayan son iri benzin istehsal edən müəssisə olub.
"Dronlarımız hədəflərinə uğurla çatıb. İlkin məlumata görə, zavodun neftin ilkin emalı üçün nəzərdə tutulan kritik AVT-6 qurğusu və digər istehsal gücləri vurulub", - məlumatda bildirilir.
Qeyd edilib ki, pilotsuz uçuş aparatları bu əməliyyat zamanı təxminən 1500 kilometr məsafə qət edib.

Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
Daha bir marşrut xəttinin avtobusları yenilənir
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
Tüklü toyuq dərisindən kolbasa hazırlayırmışlar
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Prezidentlər Ağdamda məktəb binasının təməlini qoydular
Prezidentin maşınında selfi çəkdi
Aynişan Quliyevadan “35 yaş manifesti”