Milli Hidrometeorologiya Xidməti iyulun 15-də gözlənilən hava proqnozunu açıqlayıb.
AvroMedia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 14-18° isti, gündüz 24-29° isti olacaq.

Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
Daha bir marşrut xəttinin avtobusları yenilənir
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
Tüklü toyuq dərisindən kolbasa hazırlayırmışlar
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Ukrayna Rusiyanın daha bir iri neft emalı zavoduna zərbə endirdi
Prezidentlər Ağdamda məktəb binasının təməlini qoydular
Prezidentin maşınında selfi çəkdi
Aynişan Quliyevadan “35 yaş manifesti”