Qara çayın inanılmaz faydaları
Tarix: Dünən, 21:45
Baxılıb: 8 007
Google+ Paylaş
Tumblr Paylaş

Qara çayın inanılmaz faydaları

Dünən, 21:45

Qara çayın zərəri və faydası hər zaman geniş mübahisə doğruan mövzu olub. Bir çoxları qara çayın faydasından çox, ziyanının olduğunu iddia edir. Amma faydası ziyanından daha çoxdur.
AvroMedia.Az
xəbər verir ki, dietoloq Keytlin Bil qara çayı uzunömürlü olmağın əsas amilindən biri hesab edir.
“Health” jurnalına açıqlamasında dietoloq Keytlin Bil daha uzunömürlü olmaq istəyən insanlara uzunömürlülüyü təşviq edən beş içki tövsiyə edib. 
Bil qara çayın özünəməxsus sağlamlıq faydaları olduğunu bildirib.
Dietoloqun sözlərinə görə, qara çayın tərkibində nə yaşıl çayda, nə də qəhvədə olmayan maddələr var. O, həmçinin daha uzun ömür sürmək istəyənlərə adi su içməyi məsləhət görüb və bağırsaq sağlamlığı üçün kefir tövsiyə edib.
Qeyd edək ki, qara çay tərkibindəki güclü antioksidantlar sayəsində ürək-damar sağlamlığını dəstəkləyir, xolesterini aşağı salır və immuniteti gücləndirir. Beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırır, sümüklərin möhkəmlənməsinə kömək edir və maddələr mübadiləsini tənzimləyərək həzmi asanlaşdırır. 
Qara çay B2, C və E vitaminləri, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəriağardıcı təsirə malikdir. O, qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəliklərinə profilaktiki təsir göstərir. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyi artırır.
Artıq və vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki bəzi maddələr qidadan alınan dəmirin miqdarını azaldır. Çaydan ifrat istifadə əsəb pozğunluğu, yüksək təzyiq, əl titrəməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərin isə səhhətində problem yarada bilər.
Qara çayın əsas faydaları:
Ürək sağlamlığı: Qanda xolesterin səviyyəsinin aşağı düşməsinə kömək edir, ürək-damar xəstəliklərinin riskini azaldır.
Güclü antioksidant qaynağı: Tərkibindəki flavonoidlər hüceyrələri sərbəst radikalların zərərindən qoruyur, xərçəng və iltihab əleyhinə təsir göstərir.
Sümük və dəri sağlamlığı: Yaşlılarda sümük əriməsi riskini azaldır, tərkibindəki vitaminlər və minerallar hesabına dərinin yenilənməsinə və sağlam parıltısına kömək edir.
Diqqət və zehni ayıqlıq: İçərisindəki kofein və L-teanin sayəsində beyin fəaliyyətini stimullaşdırır, yaddaşı və konsentrasiyanı gücləndirir.
Həzm və metabolizm: Həzm prosesini asanlaşdırır, bağırsaq florasına müsbət təsir edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ