Dövlət İmtahan Mərkəzi tərəfindən 16 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
AvroMedia.Az xəbər verir ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2026-cı il iyunun 16-dan iyulun 9-dək aparılıb və bu müddət ərzində 1864 namizəd ərizə təqdim edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “imtahana buraxılış vərəqəsi" ni çap edə bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 20 zal admini, 124 nəzarətçi və 22 buraxılış rejimi əməkdaşı ayrılıb.

Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
Daha bir marşrut xəttinin avtobusları yenilənir
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
Tüklü toyuq dərisindən kolbasa hazırlayırmışlar
Ukrayna Rusiyanın daha bir iri neft emalı zavoduna zərbə endirdi
Prezidentlər Ağdamda məktəb binasının təməlini qoydular
Prezidentin maşınında selfi çəkdi
Aynişan Quliyevadan “35 yaş manifesti”