İranın mərhum ali rəhbəri Seyid Əli Xameneinin Məşhəddə dəfn ediləcəyi iddia olunur.
AvroMedia.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Xorasan-e-Rəzəvi əyaləti valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavininin açıqlama verdiyi bildirilir.
Məlumata görə, Əli Xameneinin dəfn mərasimi Tehrandan başlayacaq, daha sonra Quma köçürüləcək. Bildirilir ki, üçüncü gün Məşhəddə keçiriləcək mərasimdən sonra onun cənazəsi torpağa tapşırılacaq.
İddialara əsasən, Əli Xameneinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.
Qeyd edək ki, mənbədə Əli Xameneinin 2026-cı il fevralın 28-də ABŞ və İsrailin hava hücumları zamanı həlak olduğu iddia edilir. Bu məlumatın müstəqil təsdiqi barədə məlumat verilməyib.

Kimlərə güzəştli kreditlər veriləcək?
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
Hörmüzü təmizləmək üçün Trampdan icazə alacaqlar.
İran hökuməti hava məkanının bağlandığını elan etdi
Telefona cavab verməmək xarakteriniz barədə nə deyir?
Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?
İsrail və İrandan tələb: Atəş dərhal dayandırılmalıdır.
Azərbaycanın bu ərazilərində TikTok-a giriş qadağan olundu.