"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən iyunun 9-da Şərur şəhərində planlı təmir-bərpa işləri aparılacaq.
AvroMedia.Az -ın məlumatına görə, bununla əlaqədar 110/35/10 kV-luq Şərur yarımstansiyasından qidalanan 3 nömrəli Şərur hava elektrik xəttində enerji verilişi müvəqqəti dayandırılacaq.
Tədbirin məqsədi yenidənqurma işləri çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, eləcə də yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Bu səbəbdən, iyunun 9-da saat 10:00-dan 12:00-dək Şərur şəhərinin Mikayıl Müşfiq küçəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Telefona cavab verməmək xarakteriniz barədə nə deyir?
Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?
İsrail və İrandan tələb: Atəş dərhal dayandırılmalıdır.
Azərbaycanın bu ərazilərində TikTok-a giriş qadağan olundu.
Tehranın Mehrabad hava limanı fəaliyyətini dayandırdı.
Güclü geomaqnit qasırğası gözlənilir.
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb.
5 ayda istehlakçılara 87 mln. manatdan çox ƏDV geri qaytarılıb
Seçkidə qalib gələn Paşinyandan Azərbaycana gözlənilməz mesaj