İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
Tarix: Bu gün, 08:24
Baxılıb: 3 478
Google+ Paylaş
Tumblr Paylaş

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var

Bu gün, 08:24

İraqın Zikar vilayətində sərnişin avtobusunun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində dəhşətli faciə baş verib.
AvroMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzadan dərhal sonra avtobusda güclü yanğın qeydə alınıb.
Rəsmi qurumların ilkin məlumatına görə, hadisə zamanı azı 25 nəfər yanaraq həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, qəzaya uğrayan şəxslər Kərbəla vilayətindəki müqəddəs ziyarətgahları ziyarət etdikdən sonra Bəsrədəki evlərinə qayıdan zəvvarlar olub.
Zikar valisi dərhal hadisə yerinə gedərək vəziyyətlə tanış olub.
Faktla bağlı genişmiqyaslı araşdırma və istintaq hərəkətlərinə başlanılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ