Filippinin cənub sahilləri yaxınlığında, Çelebes dənizində güclü zəlzələ qeydə alınıb.
AvroMedia.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanların maqnitudası 7,8 olub. Zəlzələnin episentri Mindanao adasının yaxınlığında, General Santos şəhərinin cənub-qərbində yerləşib. Təkanlar yerli vaxtla səhər saatlarında baş verib.
Hadisədən sonra Filippin, İndoneziya və regionun bir sıra sahilyanı əraziləri üçün sunami xəbərdarlığı elan olunub. Mütəxəssislər sahilboyu ərazilərdə yaşayan sakinləri daha təhlükəsiz yüksəkliklərə çəkilməyə çağırıblar.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində bir sıra binalara ziyan dəyib, elektrik və rabitə xətlərində problemlər yaranıb. Filippin hakimiyyəti hadisə bölgəsində qiymətləndirmə və xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, Filippin Sakit okeanın “Odlar halqası” adlandırılan yüksək seysmik aktivlik zonasına daxildir və burada tez-tez güclü zəlzələlər baş verir.

Tehranın Mehrabad hava limanı fəaliyyətini dayandırdı.
Güclü geomaqnit qasırğası gözlənilir.
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb.
5 ayda istehlakçılara 87 mln. manatdan çox ƏDV geri qaytarılıb
Seçkidə qalib gələn Paşinyandan Azərbaycana gözlənilməz mesaj
Bu günün valyuta məzənnələri
İsrail İrana zərbə endirdi
Səyyar “ASAN xidmət” Gürcüstanda.
Mədə narahatlığna təbii həll
Tramp indi də bu adaya göz dikdi...
İraqda avtobus yandı, 25 nəfər öldü