Xəbər verdiyimiz kimi, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilib.
AvroMedia.Az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycanda balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə güzəştli kredit ala biləcəklər.
Bunun üçün Agentliyin vəsaitindən istifadə qaydası dəyişdirilib.
Belə ki, bundan sonra Agentliyin vəsaiti kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək.

ABŞ İrana gedən tankerə zərbə endirib
Antibiotiklər təsirini itirir: ÜST-dən dünyanı narahat edən xəbərdarlıq
Xameneinin harada dəfn olunacağı açıqlandı
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
Hörmüzü təmizləmək üçün Trampdan icazə alacaqlar.
İran hökuməti hava məkanının bağlandığını elan etdi
Telefona cavab verməmək xarakteriniz barədə nə deyir?
Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?