Yaponiyanın Kumamoto prefekturasında üç nəfərin olduğu turist helikopterinin yoxa çıxdığı bildirilir.
AvroMedia.Az xəbər verir ki, bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb.
Bildirilib ki, Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi helikopterin Kumamotodakı Aso dağı ətrafında uçuş həyata keçirməsinin planlaşdırıldığını açıqlayıb.
Rəsmi bəyanata əsasən, helikopterdə pilot və Tayvandan olan iki sərnişin olub.Qeyd olunub ki, helikopter uçuş zamanı təcili siqnal göndərib, lakin planlaşdırılan vaxtda bazaya qayıtmayıb. Bunun ardınca ərazidə axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü
Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat