İspaniyanın Baş naziri Pedro Sançes Adamus şəhərində qatarların toqquşması nəticəsində azı 39 nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.
AvroMedia.Az "Report"a istinadən xəbər verir ki, faciə yerinə baş çəkən hökumət başçısı qəzanın səbəblərinin tam şəffaflıqla açıqlanacağına əmin olduğunu deyib.
"Biz həqiqəti, cavabı öyrənəcəyik", - baş nazir bildirib.
Sançes həmçinin həlak olanların ailələrinə lazımi yardımın göstəriləcəyini vəd edib.
Qeyd edək ki, İspaniyanın Adamus şəhərində 300 sərnişinlə Malaqadan Madridə gedən "Iryo" qatarının bir neçə vaqonu relsdən çıxaraq əks istiqamətdə 184 sərnişinlə Huelva şəhərinə doğru hərəkət edən "Alvia" qatarı ilə toqquşub. Faciə nəticəsində 39 nəfər həlak olub.

Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü
Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat