Suriyada kürd dilinə rəsmi status verildi
Tarix: 17-01-2026, 08:39
Baxılıb: 2 623
Google+ Paylaş
Tumblr Paylaş

Suriyada kürd dilinə rəsmi status verildi

17-01-2026, 08:39

Suriya Prezidenti Əhməd əş-Şara ölkədə kürdlərin hüquqlarını bəyan edən fərman imzalayıb.
AvroMedia.az Oxu.az-a istinadən xəbər verir ki, sənədə əsasən, digər məsələlərlə yanaşı, kürd dili rəsmi dil kimi tanınır və kürdlərin əhalinin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris oluna bilər.
Bundan əlavə, Suriyanın keçid hökuməti ölkədə yaşayan bütün kürdəsilli sakinlərə Suriya vətəndaşlığı verməyi öhdəsinə götürür.
Həmçinin, Novruz bayramı bütün Suriyada dövlət bayramı kimi tanınır. Sənəddə vurğulanır ki, etnik mənsubiyyətə və ya dilə əsaslanan hər hansı bir ayrı-seçkilik qanunla qadağandır.
Qeyd edək ki, kürdlər Suriyada əhalinin təxminən 10-15%-ni təşkil edən ikinci ən böyük etnik qrupdur. Onlar əsasən ölkənin şimal-şərqində yaşayırlar, eyni zamanda Dəməşq, Hələb və digər böyük Suriya şəhərlərində də icmaları mövcuddur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ