ABŞ-nin Venesuela neftinin ilk partiyasını 500 milyon dollara satdığı şirkətlərin adları məlum olub.
AvroMedia.Az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.
Bildirilir ki, Venesuela neftinin ilk partiyası "Vitol" treyder şirkətinə satılıb. 250 milyon dollarlıq sövdələşmə ABŞ administrasiyasının 50 milyon barrelə qədər Venesuela xam neftinin satılmasına dair planın bir hissəsidir. Bu şirkətin baş treyderi olan Con Eddisonun ABŞ Prezidenti Donald Trampı dəstəkləyən siyasi komitələrə təxminən altı milyon dollar ianə ayırdığı məlumdur.
Xammalın qalan hissəsini isə təxminən eyni qiymətə böyük treydinq şirkəti olan "Trafigura" alıb. ABŞ-nin Energetika Nazirliyi bu şirkətlərin seçilməsini onların neft üçün ilk ödənişləri operativ şəkildə etməyə hazır olması ilə izah edib.Xatırladaq ki, ötən gün ABŞ-nin Venesueladan müsadirə edilən neftin ilk partiyasını 500 milyon dollara satdığı barədə xəbər yayılmışdı.

Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü
Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat