Yaponiyanın kompüter periferiyası istehsalçısı "Buffalo" rəsmi olaraq yeni BSMBB700 ofis siçanını təqdim edib.
AvroMedia.Az xəbər verir ki, qurğunun əsas xüsusiyyəti enerji mənbəyindən rekord dərəcədə uzun müddət istifadə etməsidir.
Siçan tipik ofis istifadəsi zamanı təxminən 980 gün - yəni 2 il 8 ay AA formatlı batareyanı dəyişmədən fasiləsiz işləyə bilir.
BSMBB700 modeli simmetrik formalı korpusa malikdir və batareya nəzərə alınmadan təxminən 80 qram çəkiyə sahibdir. Sensor üçün işıq mənbəyi kimi mavi LED istifadə olunur.İstehsalçı əsas düymələri səssiz mexanizmlərlə təchiz edib ki, bu da siçanı açıq tipli ofislərdə işlətmək üçün uyğun edir. Kompüterə qoşulma üçün iki simsiz variant nəzərdə tutulub: USB qəbuledici vasitəsilə 2.4 GHz radio əlaqəsi və "Bluetooth" protokolu.
"Buffalo" şirkəti BSMBB700 modelinin satışlarına Yaponiyada fevral ayının ilk günlərində başlamağı planlaşdırır.

İranla bağlı açıqlamadan sonra neft ucuzlaşdı
Meksika - CAR oyunu DÇ tarixinə düşdü
Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü
Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?