Tramp, Putin və Szinpin bu tarixdə görüşə bilər
Tarix: 19-07-2025, 09:16
Baxılıb: 3 333
Google+ Paylaş
Tumblr Paylaş

Tramp, Putin və Szinpin bu tarixdə görüşə bilər

19-07-2025, 09:16

ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Çin Sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət oluna bilər.
AvroMedia.az xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın “Tayms” nəşri çıxış edib.
Nəşr iddia edir ki, ABŞ və Çin arasında bir sıra ticarət sövdələşmələri Trampı Pekinə qarşı sərt kursunu yenidən nəzərdən keçirməyə vadar edib və bu, Amerika liderinin İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü şərəfinə Çin paytaxtına hərbi parada mümkün dəvəti ilə bağlı fərziyyələrə səbəb olub.
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, Putin avqustun sonu - sentyabrın əvvəllərində Çinə səfər edəcək və burada İkinci Dünya müharibəsində qələbənin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ