Rusiya Liberal Demokrat Partiyası (LDPR) Rusiyaya daxil olan bütün əmək miqrantları üçün meninqokok infeksiyasına qarşı məcburi peyvənd olunması təşəbbüsü ilə çıxış edib.
AvroMedia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının deputatı və partiyanın lideri Leonid Slutski məlumat verib.
“İcazəsi olmayan xarici vətəndaşlar və onların övladları ölkəmizə səyahət edir və infeksiya yuvasına çevrilirlər. LDPR çoxdan deyir ki, bu axını dayandırmaq lazımdır”, – deyə siyasətçi bildirib.
Fraksiyanın deputatları “Rospotrebnadzor”a peyvəndlənmənin birbaşa ölkə sərhədində xarici vətəndaşların öz vəsaitləri hesabına aparılması təklifi ilə müvafiq müraciət göndərməyi planlaşdırırlar.
Xatırladaq ki, Rusiyada meninqokok infeksiyasına yoluxma hallarında kəskin artım qeydə alınıb. İnfeksiyanın yayılmasının səbəblərindən birinin əmək miqrasiyasının artması olduğu bildirilir. Mütəxəssislərin fikrincə, 2025-ci ilin ilk beş ayında ölkədə bu xəstəliyə 1 266 yoluxma halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 260% çoxdur.

Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR