“Sülh sazişini imzalamazdan əvvəl paraflaya bilərik”
Tarix: 16-07-2025, 14:52
Baxılıb: 2 416
Google+ Paylaş
Tumblr Paylaş

“Sülh sazişini imzalamazdan əvvəl paraflaya bilərik”

16-07-2025, 14:52

“İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya bilər”.
AvroMedia.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Bəli, belə bir fikir var. Belə bir fikir müzakirə üçün masadadır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir, lakin Bakı və İrəvan arasında hələ də kommunikasiyaların açılması ilə bağlı fikir ayrılıqları var: “Hazırda mənim razılığa çox yaxın olduğumuzu söyləmək üçün konkret variant və ya düstur yoxdur. Formullar var, müzakirələr var. Bir şey aydındır: biz Ermənistanı cəlbedici şərtləri olan tranzit ölkəyə çevirmək istəyirik və hazırıq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ