Rusiyanın Azərbaycana qarşı siyasəti, “təzyiq üsulları” davam edir: gah Azərbaycandan idxal edilən pomidorun içindən ziyanverici virus “ehtimalı” çıxır, gah badımcandan, gah ispanaqdan...
17,3 milyon kv.km ilə dünyanın ən böyük ölkəsi, nüvə dövləti, Putinin təbirincə desək, “sərhədi heç yerdə bitməyən” Rusiyanın özündən ərazi baxımından az qala 200 dəfə kiçik olan Azərbaycanla mübahisəsinə baxın! Açıq-aydındır: bu ölkə mahiyyətcə pomidordur, badımcandır, kartofdur; bu ölkə dünyanı heyrətə salan sərvəti və var-dövləti ilə ətrafındakı dövlətlər üçün günəş ola, hər kəsi ətrafında dönməyə məcbur edə, maqnit kimi hamını özünə cəlb edə bilər. Amma bacarmır – rus zeyhiyyəti, rus düşüncəsi, rus mədəniyyəti imkan vermir.
Çünki bu ölkə böyük, tarixin qatlarına dayanan mədəniyyətə, ədəbiyyata, tarixə sahib deyil: 19-cu əsrdən o tərəfə bir böyük yazıçısınə tapa bilməzsiniz, nəinki yazılı, heç yazısız – şifahi abidəsi də mövcud deyil; Rus yazılı mənbəsi kimi təqdim edilən “İqor polku dastanı”nın da ruslara aidiyyəti yoxdur, bu abidə başdan-başa türk sözləri yazılmış türk abidəsidir!
Bunları anladıq: badımcan-pomidorla, öz vətəndaşı olan azərbaycanlılara qarşı addımları ilə Bakıya gücünü göstərən Rusiyanın mahiyyətini bir daha gördük. Ancaq Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Novosibirskin “Qlobus” teatrında 28 və 29 sentyabra nəzərdə tutulan tamaşalarının niyə ləğv edildiyini anlamaq olmur.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı – dövlətin maliyyəsi, Bakının göbəyində verilən əzəmətli binası ilə fəaliyyət göstərən rus dili və mədəniyyəti mərkəzidir. Bu teatrda bəsləyən Azərbaycan dövləti və büdcəsidir, burda çalışanların isə hamısı rus dilinin təkcə daşıyıcıları deyil, həm də təbliğatçılarıdır, qoruyucularıdır. Bu kollektivin Rusiyada göstərməyə hazırlaşdığı tamaşa niyə ləğv olunsun ki? Əksinə, onlara qucaq açmaq indiki məqamda daha ağıllı siyasət olmazmı?
Bu ki adi bir məntiqdir!
Yəni Rusiya bu qədər mazaxistdir ki, özünə ziyan vurmağın ən “unikal” formalarını tapır? Hanı bunun “dərin dövləti”? Bu beyin-ağılla bu böyüklükdə və çoxmillətli ərazini nə qədər saxlayacaqlarını düşünürlər?

Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR