Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.
Bu barədə AvroMedia.az Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
“Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir”, – qurumdan qeyd edilib.Eyni zamanda, bildirilib ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb.
Görüş zamanı nazir vurğulayıb ki, Slovakiya Azərbaycanla münasibətlərin dərinləşdirilməsində qarşılıqlı maraq görür: “Ötən il Azərbaycan və Slovakiya arasında ikitərəfli əməkdaşlıq əhəmiyyətli dərəcədə güclənib. Slovakiyanın Baş nazirinin Bakıya səfəri zamanı biz strateji tərəfdaşlıq yolunda qarşılıqlı addımları aktivləşdirdik”.Öz növbəsində, E.Qasımov vurğulayıb ki, Azərbaycan müxtəlif sahələrdə Slovakiyanın iqtisadi tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir: “Azərbaycan özünü getdikcə daha çox Slovakiyanın perspektivli biznes tərəfdaşı kimi təqdim edir. Energetika və müdafiə sənayesi ilə yanaşı, bu, həmçinin İT və nəqliyyat sahəsinə də aiddir”.

Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR