Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.
AvroMedia.az aktual.ge-yə istinadən xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.
Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.
Görüşə qatılan Qızılhacılı deputatı C. Çovdarov və mer nümayəndəsi S. Talıbov onlara qarşı Ə. Babakişiyevin dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb.
Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. O isə cavab olaraq masadakı çayniki həmin şəxsə atıb.
Daha ətraflı videomaterialda:

Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR