Rusiya aktivlərinin dondurulmuş hissəsinin Ukraynanın iqtisadiyyatı və müdafiəsini gücləndirmək üçün istifadəsi həm qanuni, həm də zəruri addımdır. Bununla belə, Avropa bu aktivlərin müsadirəsi üçün dərhal hərəkətə keçməlidir.
AvroMedia.az xəbər verir ki, bu fikirləri ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin sədri Frenç Hill “Faynənşl Tayms” üçün yazdığı məqaləsində bildirib.
Hill qeyd edib ki, Brüsseldə keçirilən Avropa Şurasının son iclası Moskvanı Ukraynaya qarşı təcavüzə görə cavab verməyə məcbur etməyib. Halbuki həmin görüş Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmaq üçün imkan yarada bilərdi. Buna baxmayaraq, onun fikrincə, Avropa hələ də gecikməyib və hərəkət edə bilər.
Onun sözlərinə görə, Avropa Şurası Avropada dondurulmuş təxminən 258 milyard avro dəyərində Rusiya aktivlərini Ukraynaya dəymiş ziyanın ilkin kompensasiya ödənişi kimi müsadirə etməyə razılaşmalıdır.
Hill hesab edir ki, bu aktivlərin bir hissəsi Ukraynanın müdafiə qabiliyyətini gücləndirə bilər. Bu, həm də gələcəkdə Rusiya ilə aparılacaq danışıqlarda Ukraynaya daha güclü mövqe qazandıra bilər.
O, həmçinin xatırladıb ki, may ayında Almaniya kansleri Fridrix Merz Rusiyanın dondurulmuş aktivlərindən tam şəkildə Ukraynaya yardım üçün istifadə etməyə hazır olduğunu bildirmişdi. Bu qərarı Almaniyada hakim koalisiya da dəstəkləyib.

Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR