Pezeşkian İran xalqına çağırış etdi
Tarix: 16-06-2025, 14:33
Baxılıb: 2 416
Google+ Paylaş
Tumblr Paylaş

Pezeşkian İran xalqına çağırış etdi

16-06-2025, 14:33

İsraillə dörd gündür davam edən silahlı qarşıdurma fonunda İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsalı ilə bağlı iddiaları təkzib edib və xalqa birlik çağırışı edib.
AvroMedia.az xəbər verir ki, Pezeşkian bu barədə İran parlamentində çıxışı zamanı deyib.
Prezident bildirib ki, İranın nüvə silahı əldə etmək kimi bir niyyəti yoxdur. Bununla yanaşı, ölkəsinin nüvə enerjisindən istifadə hüququna sahib olduğunu qeyd edib və enerji məqsədilə uranın zənginləşdirməyə davam edəcəklərini bildirib.
“Fərqliliklərimizi bir kənara qoyub, soyqırımçı və cinayətkar düşmənin təcavüzünə qarşı güclü durmalıyıq. Düşmən bizi döyərək, öldürərək və sui-qəsdlərlə yolumuzdan döndərə bilməz. Bayrağı yerə düşən hər qəhrəmanın yerinə onu qaldıracaq yüzlərlə qəhrəmanımız var”, - prezident qeyd edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ