“İran İsrailə hücumlarını gücləndirəcək və onu müdafiə etməyə cəhd edən istənilən ölkənin bazalarına hücum etməyə hazır olacaq”.
AvroMedia.az xəbər verir ki, bunu “CNN” telekanalına açıqlamasında yüksəkvəzifəli iranlı məmur deyib.
“İsraili İranın əməliyyatlarından müdafiə etməyə cəhd edən istənilən ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəfə çevrildiyini görəcəklər”, - deyə iranlı məmur qeyd edib.
Xatırladaq ki, iyunun 13-də İsrail İran ərazisində 100-ə yaxın hədəfə zərbə endirib. Nəticədə ölkənin bir sıra hərbi liderləri həlak olub. İsrailin ilk zərbələrindən dərhal sonra ABŞ Dövlət katibi Marko Rubio ölkəsinin sözügedən hücumla əlaqəsinin olmadığını açıqlayıb. Həmin gün axşam saatlarında isə “Axios” portalı ABŞ Hərbi Hava Qüvvələrinin İsraildə İran raketlərinin zərərsizləşdirilməsində iştirak etdiyini yazıb.
İran isə öz növbəsində iyunun 13-ü axşam saatlarında İsrailə qarşı raketlərlə “Əsl vəd 3” hərbi əməliyyatına başlayıb.

Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır