Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə sərhədin açılmasına ümid edir.
AvroMedia.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları yazıb.Qeyd olunub ki, yayılan məlumatlara görə, iyunun 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Paşinyan bu görüşdə Ermənistan-Türkiyə sərhədinin açılması məsələsini yenidən gündəmə gətirməyi planlaşdırır.
“Ermənistan tərəfi hesab edir ki, xarici siyasətdə atılan addımlar, xüsusilə də Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması ölkədə Ermənistan Apostol Kilsəsi ilə bağlı yaranmış narazılığı azalda bilər. Görüşdə Ərdoğan da yeni bir məsələni gündəmə gətirəcək. Əgər əvvəllər o, əsasən Ermənistanla Azərbaycan arasında sülh sazişinə diqqət yetirirdisə, bu dəfə Metsamor AES-in bağlanması ilə bağlı rəsmi tələb irəli sürüb. Türkiyə bu stansiyanı ətraf mühit üçün təhlükə hesab edir”, - məlumatda qeyd olunub.

Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır