Məşhəddə qırıcılar havaya qaldırıldı
Tarix: 13-06-2025, 17:10
Baxılıb: 2 417
Google+ Paylaş
Tumblr Paylaş

Məşhəddə qırıcılar havaya qaldırıldı

13-06-2025, 17:10

İran qırıcıları Məşhəd səması üzərində havaya qaldırıb.
AvroMedia.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Bununla belə, rəsmi mənbələr qırıcıların havaya qaldırılması səbəblərini rəsmi olaraq şərh etməyiblər.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı xüsusi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində İsrail Hərbi Hava Qüvvələri İranda təqribən 10 hədəfə zərbə endirib. Nəticədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami, Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə və digər yüksəkvəzifəli hərbi şəxsləri öldürülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ