Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılmasının İran ətrafında baş verən hadisələrlə əlaqəli olduğunu düşünürəm.
AvroMedia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Baş nazir Paşinyanın 20 iyunda Türkiyəyə səfər edəcəyi haqda məlumatı şərh edərkən deyib.
Politoloq xatırladıb ki, İran Ermənistanın əsas müttəfiqidir:
“Ancaq ABŞ və İsrail İrana qarşı sərt tədbirlərə əl atarlarsa, İrəvan Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək. Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmasa, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O, Ankarada Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı Ermənistan-Azərbaycan danışıqlarının hazırki vəziyyətini də müzakirə etmək istəyir. Paşinyan ümid edir ki, Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcək. Halbuki Ankaranın İrəvana ünvanladığı “əvvəlcə Azərbaycanla məsələləri həll edin” yanaşması dəyişməyib”.

Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır