Çin özünün "Shenyang J-35A" beşinci nəsil "görünməz" qırıcısının Pakistan Hərbi Hava Qüvvələrinə təhvil verilməsini başa çatdırır.
AvroMedia.az Publika.az-a istinadən xəbər verir ki, bu, Hindistan Hərbi Hava Qüvvələri üçün potensial ciddi təhlükə yaradır, çünki sözügedən qırıcı strateji hava balansını əhəmiyyətli dərəcədə dəyişdirə bilər.
Məlumata görə, Pakistan bu qırıcılardan hətta məhdud sayda əldə etdikdən sonra onun hava doktrinası dərinlərə zərbələrin endirilməsi imkanlarına qədər kəskin surətdə dəyişə bilər.
Belə ki, "J-35A" Çinin 40 kilometrədək məsafədə olan hədəfi vurmaq qabiliyyətinə malik ən son nəsil "hava-hava" raketlərinə uyğun gəlir.
Eyni zamanda, Hindistan əsasən "Su-30MKI", "Miraj 2000", "MiG-29UPG" kimi dördüncü nəsil təyyarələri istifadə edir, yalnız Fransanın "Rafale F3R" qırıcısı "J-35"ə bərabər cavab verə bilər, lakin o, bir sıra parametrlərə görə geri qalır və "görünməzlik" imkanlarına malik deyil.
Pakistanın nə qədər "J-35" alacağı hələlik bəlli deyil.

Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır