Ruanda Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən (ECCAS) çıxdığını elan edib.
AvroMedia.az xəbər verir ki, Ruanda bu qərarını üzv kimi hüquqlarının dəfələrlə pozulması və təşkilatın öz əsas prinsiplərinə əməl etməməsi ilə əsaslandırıb.
Ruanda Xarici İşlər Nazirliyi verdiyi bəyanatda bildirib ki, hökumət artıq öz əsas prinsiplərinə əməl etməyən və üzərinə düşən vəzifələri yerinə yetirməyən bir təşkilatda üzv qalmağın mənasız olduğunu düşünür.
Nazirlik qeyd edib ki, təşkilatın iyunun 7-də Ekvatorial Qvineyanın Malabo şəhərində keçirilmiş 26-cı illik sammiti bu qərarın qəbul edilməsində həlledici rol oynayıb. Belə ki, təşkilat əsasnaməsinin altıncı bəndinə zidd olaraq, Ruandanın növbəti dövri sədrlik hüququnu nəzərə almayıb.
Qeyd edək ki, Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECCAS) 1983-cü ildə yaradılmış regional əməkdaşlıq təşkilatıdır. Mərkəzi Afrikanın 11 ölkəsi (Anqola, Burundi, Kamerun, Ekvatorial Qvineya, Çad, Mərkəzi Afrika Respublikası, Qabon, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Ruanda və San-Tome və Prinsipi) təşkilatın üzvüdür.

Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA
Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır