Ukrayna ilə bu məsələni həll etməyə hazırıq - Rusiya
Tarix: 7-06-2025, 20:07
Baxılıb: 2 417
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna ilə bu məsələni həll etməyə hazırıq - Rusiya

7-06-2025, 20:07

Ukrayna tərəfi ilə əsirlərin dəyişdirilməsi və ölən əsgərlərin cəsədlərinin təhvil verilməsi məsələlərini həll etməyə hazırıq.
Bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin deyib.
O xatırladıb ki, may və iyun aylarında İstanbulda keçirilən danışıqların iki raundu zamanı Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə humanitar məsələlərlə bağlı müzakirələrin təşəbbüskarı olub. Müzakirələr məhsuldar keçib, konkret razılıqlar əldə olunub.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan etmişdi ki, Ukrayna əsir mübadiləsini təxirə salıb. Ukrayna isə bu məlumatı təkzib edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ