Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin 9 May Qələbə Günü ilə bağlı üç günlük atəşkəs təklifini qəbul etməyib.
AvroMedia.az APA-ya istinadla xəbər verir ki, Ukrayna lideri 30 günlük atəşkəsə təkid edib.
Zelenski onu da qeyd edib ki, Ukrayna 9 May paradı üçün Moskvaya gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib. Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-ə qədər atəşkəs elan edir.
Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır.
"Rusiya hesab edir ki, Ukrayna tərəfi Qələbə gününə qədər atəşkəs rejiminə qoşulmalıdır. Rusiya Silahlı Qüvvələri Qələbənin 80-ci ildönümündə Ukrayna tərəfindən atəşkəs rejiminin pozulması halında adekvat və effektiv cavab verəcək" , - Kremlin yaydığı bəyanatda bildirilib.

Küveyt hava məkanını bağladı.
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib
Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur.
ABŞ İrana endirdiyi əlavə zərbələri başa çatdırıb
Hörmüz bağlandı, neft bahalaşdı.
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
Donald Tramp: "Ərdoğan mənim çox yaxşı dostumdur"
Kanada 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsini məhdudlaşdıracaq.
İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib