Yanvarın 19-da Çinin şimalındakı Tiencin şəhərindəki konteyner mərkəzi stansiyasından Bakıya gələcək ilk Çin-Mərkəzi Asiya transxəzər yük qatarı yola düşüb.
AvroMedia.Az xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Məlumata görə, paslanmayan polad borular və məişət texnikası kimi mallarla yüklənmiş bu qatar Çin Dəmir Yollarının Pekin filialı tərəfindən idarə olunur. Qatar Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Vilayətindəki Horqos sərhəd keçid məntəqəsindən keçəcək və Qazaxıstanın Aktau limanına çatacaq, oradan yüklər dəniz yolu ilə Bakıya daşınacaq.
Tiencin konteyner mərkəzinin nümayəndəsi Yanq Cunyonq bildirib ki, bu yeni marşrut Çini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirən sabit və səmərəli yük kanalı yaradır.Onun sözlərinə görə, qatar təxminən 7 000 kilometr məsafə qət edəcək və təxminən 20 günə Bakıya çatacaq ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə təxminən 10 günə qənaət etməyə imkan verəcək.

Meksika - CAR oyunu DÇ tarixinə düşdü
Trampdan sensasion açıqlama: "Müharibəni dayandı"
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü
Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı