Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Belə ki, Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi üçüncü təsnifat vəzifələr siyahısına daxil edilib.
Qanun iyulun 1-dən qüvvəyə minir.
Dövlət başçısı həmçinin Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman da imzalayıb.
Fərmanla səlahiyyətli nümayəndəliyin strukturu təsdiqlənib. Beləliklə, səlahiyyətli nümayəndəliyin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimələndi
Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb
Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
Ağcaqanadlara qarşı vasitənin sağlamlıq üçün təhlükələri açıqlanıb
AzTV Afaq Bəşirqızına 10 min manat ödəyəcək
Bakıda bu ərazisində söküntü başladı
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi
Tikinti materialları bağlı yeni dövlət standartları qəbul edildi
Avarçəkənimiz qızıl medal qazandı