Paytaxtda Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası çərçivəsində Hövsan qəsəbəsində dəmir yolunun mühafizə zonasına düşən tikililərin sökülməsi prosesinə başlanılıb.
AvroMedia.Az "Unikal"a istinadən xəbər verir ki, söküntü işləri Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dənizkənarı küçəsində aparılır.
Məlumata əsasən, sökülən tikililər və həyətyanı sahələrdə yerləşən bəzi tikinti elementləri, eləcə də ağaclar üçün kompensasiya ödənişləri həyata keçirilir. Fərdi yaşayış evlərinə görə verilən kompensasiyanın məbləği 1200 manat təşkil edir.
Söküntü işləri başa çatdıqdan sonra bu istiqamətdə sürət qatarlarının hərəkəti təmin ediləcək. Dövlət Proqramına əsasən, təkcə Yeni Suraxanı-Hövsan deyil, Bakıxanov-Binə, Qala və Zabrat-Maştağa bağlar dəmir yolu xətlərinin də mərhələli şəkildə bərpası nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi barədə məlumatlar yayılmışdı.
Həmçinin bildirilib ki, Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi çərçivəsində, eləcə də "Təzəpir" məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.

Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimələndi
Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb
Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
Ağcaqanadlara qarşı vasitənin sağlamlıq üçün təhlükələri açıqlanıb
AzTV Afaq Bəşirqızına 10 min manat ödəyəcək
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi
Tikinti materialları bağlı yeni dövlət standartları qəbul edildi
Avarçəkənimiz qızıl medal qazandı