Tikinti materialları bağlı yeni dövlət standartları qəbul edildi
Tarix: Bu gün, 15:12
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Tikinti materialları bağlı yeni dövlət standartları qəbul edildi

Bu gün, 15:12

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti materialları sahəsinə dair 23 yeni dövlət standartı qəbul edib.
AvroMedia.Az xəbər verir ki, yeni dövlət standartlarının tətbiqində məqsəd tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət tələblərini müasir tələblərə uyğunlaşdırmaqdan ibarətdir.
Sözügedən dövlət standartları "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində qəbulu nəzərdə tutulan "Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında" texniki reqlamentin istinad standartları sırasına daxildir. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ