Saqqızın tərkibindəki ksilit ağız boşluğu üçün faydalı imiş.
AvroMedia.Az xəbər verir ki, bu barədə "InWhite Medical" və "InWhite Medical Kids" klinikasının gigiyena və profilaktika şöbəsinin müdiri Natalya Yefimova Gazeta.ru ilə söhbətindəməlumat verib.
AvroMedia.Az xəbər verir ki, bu barədə "InWhite Medical" və "InWhite Medical Kids" klinikasının gigiyena və profilaktika şöbəsinin müdiri Natalya Yefimova Gazeta.ru ilə söhbətindəməlumat verib.
O bildirib ki, ksilit tüpürcək ifrazını güclü şəkildə stimullaşdıraraq antibakterial effekt yaradır.
"Çeynəmə prosesi və dad reseptorlarının aktivləşməsi tüpürcək vəzilərini daha intensiv işləməyə məcbur edir. Tüpürcək təbii qoruyucu baryerdir: o, qida qırıntılarını yığır, bakteriyaların ifraz etdiyi turşuları neytrallaşdırır və mina qatını kalsium və fosfatla zənginləşdirərək onu remineralizasiya edir", - deyə həkim izah edib.
Karies yaradan bakteriyalar ksiliti udur, lakin onu emal edə bilmirlər, nəticədə məhv olurlar. Buna görə də saqqızdan müntəzəm istifadə ağız boşluğundakı patogenlərin sayını azaldır və onların dişlərə yapışmasına mane olur.
Stomatoloqun sözlərinə görə, saqqızdan istifadə edərkən üç qaydaya riayət etmək vacibdir: şəkərsiz tərkibləri seçmək (çünki şəkər bakteriyaları qidalandırır və dişləri məhv edir); dişləri yormamaq üçün yalnız 5-15 dəqiqə çeynəmək; saqqızdan yalnız yeməkdən sonra istifadə etmək (çünki acqarına istifadə etdikdə mədə selikli qişasına zərər vura bilər).

Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimələndi
Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb
Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
Ağcaqanadlara qarşı vasitənin sağlamlıq üçün təhlükələri açıqlanıb
AzTV Afaq Bəşirqızına 10 min manat ödəyəcək
Bakıda bu ərazisində söküntü başladı
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi
Tikinti materialları bağlı yeni dövlət standartları qəbul edildi
Avarçəkənimiz qızıl medal qazandı