Yumurtanın yeni qiyməti
Tarix: Bu gün, 12:19
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Yumurtanın yeni qiyməti

Bu gün, 12:19

Azərbaycanda yumurtanın yeni qiyməti məlum olub.
AvroMedia.Az xəbər verir ki, hazırda paytaxtın market şəbəkələrində və satış nöqtələrində bu məhsulun bir ədədi 17-19 qəpiyə satılır.
Bu isə yumurtanın kəskin ucuzlaşmasından əvvəl olan qiymətdən (15-17 qəpik) iki qəpik bahadır.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Ölkə.az-a açıqlamasında deyib ki, yumurtanın qiymətinin bir qəpiyə düşməsi mövsümi amillər, istehsalın artması, ixracatın azalması, məktəblərin bağlanması ilə bağlı idi: “Ən əsası isə bu, reklam kampaniyası xarakteri daşıyırdı. Məqsəd ölkə əhalisi arasında yumurta istehlakının artırılmasına nail olmaq idi”.
Onun sözlərinə görə, məsələn, hazırda Azərbaycanda illik yumurta istehlakı 200-220 ədəd civarındadırsa, Meksikada bu göstərici 400-dən, Yaponiyada da yenə 400-dən yuxarıdır. Digər dövlətlərdə isə daha çoxdur:
“Ona görə də həmin hədəflərə çatmaq üçün qiymətin aşağı salınmasını əsas vasitələrdən biri kimi seçdik ki, yumurta təkcə səhər yeməyində deyil, digər qida növlərində də daha geniş istifadə olunsun.
İkincisi, bu, bir günlük kampaniya xarakteri daşıyan proqram idi. Hazırda yumurtanın pərakəndə satış qiyməti 16-17 qəpikdir. Topdansatış qiyməti isə təxminən 14 qəpikdir”.
Qeyd edək ki, iyunun 19-da ölkədə yumurtanın qiyməti 1 qəpiyə düşmüşdü. Hətta bəzi marketlərdə pulsuz verilirdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ