Bir müddət əvvəl yayımı dayandırılan proqramlardan bəzilərinin efirə qayıdacağı barədə iddialar səsləndirilir.
İddialarda o verilişlərin yeni mövsümdən yenidən yayımlanacağı deyilir.
Bəs deyilənlər nə dərəcədə həqiqətəuyğundur? Bağlanan verilişlər efirə qayıdacaqları halda proqramlarda nə kimi dəyişikliklər olacaq?
AvroMedia.Az xəbər verir ki, məsələ ilə bağlı Bakıvaxtı.az verilişləri bağlanan kanallara sorğu göndərib.
ARB-dən bildirilib ki, yayılan iddialar əsassızdır:
“Bağlanan verilişlərin və ya həmin aparıcıların yenidən ekranlara qayıtması ilə bağlı məlumat yoxdur”.
ATV-dən isə bununla bağlı suallar cavabsız qalıb.
Qeyd edək ki, bir müddət əvvəl ATV-də Zaur Nəbioğlunun təqdim etdiyi “Rəngarəng” və Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişləri, eləcə də ARB TV-də Xoşqədəm Hidayətqızının aparıcısı və müəllidi olduğu “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur” və Elgiz Əkbərin “Elgizlə izlə” proqramları bağlanıb.

ABB kartlarında problem yarandı
Xətaidə Sabir Rüstəmxanlının 80 illiyi qeyd olundu
Bu günə olan Bakı - Naxçıvan reysləri
Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR
Şokoladlar niyə məhz alüminium folqaya bükülür?
PFL klublara 3 milyona yaxın ödəniş etdi
İllik inflyasiya hədəfi
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı
“Toxumçuluq haqqında” qanun layihəsi hazırlanıb
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu şəxslər pensiyaya daha tez çıxa bilər