ABŞ Daxili Təhlükəsizlik Departamenti İran milli futbol komandasının 2026-cı il Dünya Çempionatında növbəti oyunu öncəsi ölkəyə daha tez daxil olmasına icazə verəcəyini açıqlayıb.
AvroMedia.Ax xəbər verir ki, qurumun yaydığı məlumata görə, İran yığması iyunun 26-da Sietldə Misirə qarşı keçirəcəyi son qrup oyunu öncəsi əvvəlki planla müqayisədə ABŞ-yə bir gün tez gələcək. Komandanın cümə günü Sietlə səfərinə icazə veriləcəyi bildirilib.
İran millisinin qarşılaşmadan sonra əvvəlki qaydaya uyğun olaraq Meksikanın Tixuana şəhərində yerləşən baza düşərgəsinə qayıdacağı qeyd olunub.
Qərar İran Futbol Federasiyasının turnir ə olunubrzində komandaya göstərilən münasibətlə bağlı FIFA-ya rəsmi şikayət hazırladığını açıqlamasından sonra verilib.
Ağ Evin FIFA üzrə işçi qrupunun rəhbəri Endryu Culiani də son günlər məsələ ilə bağlı məhdudiyyətlərin yumşaldılması istiqamətində müzakirələrin aparıldığını təsdiqləmişdi.
Xatırladaq ki, ABŞ administrasiyası Vaşinqton və Tehran arasında aparılan danışıqlarla bağlı qeyri-müəyyənlik səbəbindən əvvəlcə İran millisinin Arizona ştatında baza düşərgəsi yaratmasına icazə verməmişdi. Nəticədə komanda hazırlığını ABŞ sərhədinə yaxın Meksikanın Tixuana şəhərində keçirmək məcburiyyətində qalmışdı.

Şokoladlar niyə məhz alüminium folqaya bükülür?
PFL klublara 3 milyona yaxın ödəniş etdi
İllik inflyasiya hədəfi
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı
“Toxumçuluq haqqında” qanun layihəsi hazırlanıb
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu şəxslər pensiyaya daha tez çıxa bilər
Bu günün valyuta məzənnələri
Binəqədidə qaz olmayacaq
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı
Dünyanın ən təhlükəli əməliyyatı başlayır