Bu şəxslər 6 aydan tez məzuniyyətə çıxa bilər
Tarix: Dünən, 16:29
Baxılıb: 8 014
Google+ Paylaş
Tumblr Paylaş

Bu şəxslər 6 aydan tez məzuniyyətə çıxa bilər

Dünən, 16:29

Azərbaycanda güzəştli şərtlərlə məzuniyyətə çıxmaq hüququ olan şəxslərin siyahısı açıqlanıb.
AvroMedia.Az
  xəbər verir ki, siyahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Bildirilib ki, qanunvericiliyə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır.   
Lakin bir sıra kateqoriyalardan olan işçilər var ki, onlar işin birinci ili üçün əmək məzuniyyəti hüququndan əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, yəni altı ay müddət gözləmədən istifadə edə bilər.
Həmin işçilərin sırasına aşağıdakılar daxilidr: 
- əlilliyi olan şəxslər,
- on səkkiz yaşına çatmamış işçilər,
- qadınlar (hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra),
- müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilər,
- hərbi qulluqçunun arvadı (əri),
- təhsil müəssisələrində oxuyan şəxslər (kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda),
- əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlər 
Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə də işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ