Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir.
AvroMedia.Az əsas faydalarını təqdim edir:
Gözləri qoruyur: Tərkibindəki antioksidantlar (xüsusilə zeaksantin) yaşla bağlı göz xəstəliklərinin riskini azaldır.
Sidikqovucu təsir: Yalnız dənələri deyil, xüsusi dəmlənən qarğıdalı saçaqları da təbii sidikqovucu olaraq böyrəklərə və sidik kisəsinə müsbət təsir göstərir.
Həzmi asanlaşdırır:
Tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlik kimi problemlərin qarşısını alır.
Enerji verir: Tərkibindəki davamlı nişasta sayəsində bədəni uzun müddət tox saxlayır və əla enerji mənbəyi hesab olunur.
Ürək sağlamlığını qoruyur: Kaliumla zəngin olduğu üçün qan təzyiqini (təzyiqi) tənzimləməyə kömək edir.
Kimlərə olmaz?
Mədə-bağırsaq problemləri: Xüsusilə xora və qastriti olanlarda lifli quruluşu səbəbindən həzm çətinləşə bilər.
Qıcıqlanmış bağırsaq sindromu: Bağırsaqlarında həssaslıq olanlarda köp və ağrıları artıra bilər.
Allergiyası olanlar: Qarğıdalı zülalına qarşı dözümsüzlük və ya allergik reaksiyaları olanlar.

Şokoladlar niyə məhz alüminium folqaya bükülür?
PFL klublara 3 milyona yaxın ödəniş etdi
İllik inflyasiya hədəfi
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı
“Toxumçuluq haqqında” qanun layihəsi hazırlanıb
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu şəxslər pensiyaya daha tez çıxa bilər
Bu günün valyuta məzənnələri
Binəqədidə qaz olmayacaq
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı
Dünyanın ən təhlükəli əməliyyatı başlayır