İran hökuməti ölkənin qərb hissəsi üzərində hava əlaqəsini tam bərpa edib və tranzit reyslərin həyata keçirilməsinə icazə verib.
AvroMedia.Az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı rəsmi saytında məlumat yayıb.
Bundan əvvəl uçuşların yalnız İranın şərq hissəsində həyata keçirilməsinə icazə verilirdi.
"Təyyarələrin uçuşu üçün ölkənin qərb hissəsinin hava məkanı da şərq hissəsi kimi sutka ərzində fasiləsiz əməliyyat rejimində fəaliyyət göstərməyə başlayıb. Daxili reyslərlə yanaşı, ölkənin hava məkanından tranzit uçuşların həyata keçirilməsi üçün də zəruri şərait yaradılıb", - deyə təşkilatın bəyanatında bildirilir.
Qeyd olunur ki, ölkənin bütün hava limanları aeronaviqasiya məlumatları toplusunda göstərilən şərtlər və qaydalara uyğun olaraq aviasiya fəaliyyətini həyata keçirə bilər.

Şokoladlar niyə məhz alüminium folqaya bükülür?
PFL klublara 3 milyona yaxın ödəniş etdi
İllik inflyasiya hədəfi
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı
“Toxumçuluq haqqında” qanun layihəsi hazırlanıb
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu şəxslər pensiyaya daha tez çıxa bilər
Bu günün valyuta məzənnələri
Binəqədidə qaz olmayacaq
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı
Dünyanın ən təhlükəli əməliyyatı başlayır