İsti havada içmək təhlükəlidir
Tarix: Bu gün, 15:24
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

İsti havada içmək təhlükəlidir

Bu gün, 15:24

"İsti havalarda istənilən spirtli içki orqanizm tərəfindən daha ağır qəbul olunur".

AvroMedia.Az  xəbər verir ki, bu barədə endokrinoloq Oleq Nankin “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, yay aylarında ən təhlükəli seçim şirin spirtli içkilərdir. O qeyd edib ki, bu cür içkilər susuzluğu və orqanizmin maye itirməsini artırır. Bundan əlavə, asan içildiyi üçün insan fərqinə varmadan təhlükəsiz hesab olunan normanı aşa bilər.

Mütəxəssis vurğulayıb ki, araq, viski, rom və tekila kimi yüksək alkoqollu içkilər də ciddi risk yaradır. Onlar insanda saxta sərinlik hissi yaratsa da, əslində orqanizmin həddindən artıq qızması ehtimalını artırır.

“Əgər bu cür içkilər çimərlikdə, açıq günəş altında və ya aktiv istirahət zamanı qəbul edilirsə, istilik vurması riski əhəmiyyətli dərəcədə artır”, – deyə həkim xəbərdarlıq edib.

Oleq Nankin əlavə edib ki, pivə də susuzluğu aradan qaldırmaq üçün uyğun vasitə deyil. Çünki sidikqovucu təsir göstərərək orqanizmin qəbul etdiyindən daha çox maye itirməsinə səbəb olur.

Həkimin sözlərinə görə, həddindən artıq qızmanın əlamətləri çox vaxt alkoqol sərxoşluğu ilə qarışdırılır. Bu isə tibbi yardımın gecikməsinə gətirib çıxara bilər.

Riskləri azaltmaq üçün mütəxəssis günün ən isti saatlarında spirtli içki qəbul etməməyi, onu acqarına içməməyi, hər qədəhdən sonra su içməyi və qəbul edilən alkoqol miqdarına nəzarət etməyi tövsiyə edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ