Bu gündən Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının tədavülə buraxacaq.
AvroMedia.Az xəbər verir ki, 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.
Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Qeyd edək ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Sabah bu ərazilərdə qaz olmayacaq
ABŞ Hənqam adasına zərbə endirdi
Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
Həkimdən 40 yaşdan sonra vitamin qəbulu ilə bağlı xəbərdarlıq
ABŞ İranın Henqam adasına hücum edib
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib
Sabahdan bu küçədə hərəkət istiqaməti dəyişdirilir
İsti havada içmək təhlükəlidir