Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
Tarix: Dünən, 14:49
Baxılıb: 8 012
Google+ Paylaş
Tumblr Paylaş

Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb

Dünən, 14:49

"Günorta yeməyindən sonra yatmaq üçün ən uyğun vaxt saat 13:00–15:00 aralığıdır".
AvroMedia.Az
  "EatingWell" nəşrinə istinadla xəbər verir ki, bu barədə dietoloq və nutrisioloq Daniyel Smayli danışıb.
Onun sözlərinə görə, bu saatlarda orqanizmdə təbii enerji azalması baş verir. Buna görə də qısa istirahət insanı gümrahlaşdırır və gecə yuxusuna mənfi təsir göstərmir.
Smayli gündüz yuxusunun 10–30 dəqiqə davam etməsini tövsiyə edib.
Dietoloq əlavə edib ki, vaxtında edilən gündüz yuxusu diqqətin cəmlənməsini artırır, məhsuldarlığı yüksəldir və əhval-ruhiyyəni yaxşılaşdırır. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, hətta qısa müddətli gündüz istirahəti belə orqanizmin zehni yorğunluqdan sonra bərpasına kömək edir.
Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, gündüz yuxusu keyfiyyətli gecə yuxusunu əvəz edə bilməz.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ