Tam yağlı, yağsız, yoxsa bitki mənşəli süd? Son illərdə aparılan araşdırmalar bu sual ətrafında formalaşan bəzi fikirlərin dəyişdiyini göstərir.
AvroMedia.Az xəbər verir ki, mütəxəssislər müxtəlif süd növlərinin qida dəyərini və sağlamlığa təsirini müqayisə ediblər.
Uzun müddət tam yağlı südün tərkibindəki doymuş yağlara görə sağlamlıq üçün zərərli olduğu düşünülsə də, son tədqiqatlar bunun hər zaman doğru olmadığını göstərir. "Journal of Nutrition" jurnalında dərc olunan araşdırmaya əsasən, tam yağlı süd məhsullarını daha çox qəbul edən insanlarda ürəyin tac damarlarında kalsium yığılması riski digərlərinə nisbətən 24 faiz daha az olub. Alimlər bunu südün tərkibindəki kalsium, kalium və D vitamini kimi faydalı maddələrlə əlaqələndirirlər.
Bununla belə, mütəxəssislər doymuş yağların normadan artıq qəbul edilməsinin düzgün olmadığını vurğulayırlar. Onların sözlərinə görə, tam yağlı süd içənlər qırmızı ət və qızardılmış yeməklər kimi digər doymuş yağ mənbələrinin qəbulunu azaltmalıdırlar.
Son illər bitki mənşəli süd növlərinə maraq da artıb. Ancaq dietoloqlar bildirirlər ki, bitki əsaslı olması həmin məhsulun avtomatik olaraq daha sağlam olduğu anlamına gəlmir. Məhsul seçərkən onun kalsium və D vitamini ilə zənginləşdirilməsinə, həmçinin əlavə şəkər tərkibinə diqqət yetirmək tövsiyə olunur.
Mütəxəssislərin fikrincə, soya südü qida dəyərinə görə inək südünə ən yaxın alternativ hesab olunur. Tərkibində yüksək miqdarda protein olan bu südün qan təzyiqi və "pis" xolesterinin azalmasına müsbət təsir göstərdiyi bildirilir.
Yulaf südü isə həll olunan lif və beta-qlükan baxımından zəngindir. Araşdırmalar onun müntəzəm qəbulunun xolesterinin səviyyəsini aşağı sala biləcəyini göstərir.
Badam südü aşağı kalorili olması və E vitamini ilə zənginliyi ilə seçilir. Hindqozu südü isə digər bitki mənşəli süd növləri ilə müqayisədə daha çox doymuş yağ ehtiva etdiyindən onun qəbulunda ölçüyə riayət etmək tövsiyə edilir.
Mütəxəssislər sonda vurğulayırlar ki, ən doğru seçim insanın yaşına, sağlamlıq vəziyyətinə və qidalanma tərzinə uyğun olan, gündəlik kalsium və D vitamini ehtiyacını qarşılayan süd növüdür.

Sabah bu ərazilərdə qaz olmayacaq
ABŞ Hənqam adasına zərbə endirdi
Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
Həkimdən 40 yaşdan sonra vitamin qəbulu ilə bağlı xəbərdarlıq
ABŞ İranın Henqam adasına hücum edib
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib
Sabahdan bu küçədə hərəkət istiqaməti dəyişdirilir
İsti havada içmək təhlükəlidir