Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq
Tarix: 15-01-2026, 20:19
Baxılıb: 3 609
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq

15-01-2026, 20:19

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi süni intellekt texnologiyası əsasında fəaliyyət göstərəcək “İmam AI” mobil tətbiqini istifadəyə verəcək.

AvroMedia.Az xəbər verir ki, bu barədə ölkənin Ali Müftisi Naurızbay hacı Taqanulı məlumat verib.
Onun sözlərinə görə, tətbiqin 2026-cı ildə təqdim edilməsi planlaşdırılır.
Müfti bildirib ki, proqramın əsas məqsədi etibarlı mənbələrə istinadən dindarların suallarına operativ cavab vermək və ruhanilərin üzərinə düşən iş yükünü azaltmaqdır:
“Müasir tələblərə uyğun olaraq, süni intellekt imkanlarını dini sahəyə sistematik şəkildə tətbiq etməliyik”.
Qeyd edək ki, bu il Qazaxıstanda “Rəqəmsallaşma və Süni İntellekt İli” elan olunub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ