İranda bir neçə həftədir davam edən hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı artaraq dəhşətli həddə çatıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, etirazlar başlayandan bəri həyatını itirənlərin sayı artıq 3 min nəfərə çatıb.Hesabatda qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayişləri yatırmaq üçün odlu silahlardan kütləvi şəkildə istifadə edir:
“Hazırda ölkənin müxtəlif şəhərlərində morqların meyitlərlə dolu olduğu, xəstəxanalarda isə yaralıları yerləşdirməyə yer qalmadığı bildirilir. Öldürülənlərin bir çoxunun şəxsiyyətini hələ də müəyyənləşdirmək mümkün olmayıb. Prosesin sürətləndirilməsi üçün həmin şəxslərin yaxınları morqlara dəvət edilir. SEPAH rəhbərliyi isə beynəlxalq ictimaiyyətin qınağına baxmayaraq, etirazlarda öldürülənlərin hamısının “xarici kəşfiyyata bağlı terrorçular” olduğunu iddia edir”.
Xatırladaq ki, bir müddət əvvəl “Reuters” agentliyi ölənlərin sayının 2 min nəfər olduğunu diqqətə çatdırmışdı.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA